Gəncə, Göygöl və Samuxun qaz təchizatında məhdudiyyətlər olacaq
Gəncə, Göygöl və Samuxun qaz təchizatında məhdudiyyətlər olacaq
6 Sentyabr 2019 11:32 İqtisadiyyatSentyabrın 6-da səhər saat 09:00-dan 18:00-dək aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, "Stansiya Qala" adlanan yerdə də qaz verilişində fasilələr yaranacaq. Bu zaman "Qaz İxrac" İdarəsinin "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31