“Azəriqaz”ın adından dələduzluq edilir

“Azəriqaz”ın adından dələduzluq edilir

Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu barədə verilən saxta məlumatlara daha 4 nəfər aldanıb. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, Ağsu rayonu Kalva kənd sakinlərləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər. RQİİ-yə üz tutan həmin insanlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsüyyə olunub. İlkin məlumata görə İsmayıllı və Göyçay rayonlarında da vətəndaşlara belə zənglər edilir.

Bir daha xatırladırıq ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin insan resursları departamenti tərəfindən həyata keçirilir. Mövcud olan vakansiyalar barədə məlumatlar isə şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31