Maliyyə böhranı sağlamlığa təsir edir
27 Mart 2013 16:53 İqtisadiyyatOlaylar İA Press TV-yə istinadən xəbər verir ki, Avropada intihar hadisələrinin sayı və xəstəliklərin yayılması halları getdikcə artır. Məlumatda bildirilir ki, Avropada büdcə ixtisarları və işsizlik səviyyəsinin artması insanların səhhətinə də mənfi təsir göstərib. Beləki insanların əksəriyyəti depressiya diaqnozu ilə xəstəxanalara müraciət edirlər. "Görülən tədbirlər iqtisadi problemləri həll etmir və Avropada sağlamlıq problemləri yaranır. Səhiyyənin səviyyəsinin aşağı düşməsi təkcə işsizliklə bağlı deyil, həm də sosial təminat çatışmazlığından irəli gəlir. Insanlar bu çətin vaxt da hökumıətin köməyinə ehtiyac duyurlar" - deyə London Gigiyena və Tropik Tibb məktəbinin professoru Martin Mckee bildirib.
Qeyd edək ki, Avropada işsizlik səviyyəsi getdikcə artıb, beləki hər 4 gəncdən biri işsizdir.