Rusiya bazar iqtisadiyyatını dəstəkləyir

Olaylar İA RİA NOVOSTİ-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin BRİCS ölkələrinin sammitində bu ölkələr arasında qarşılıqlı ticarət və investisiyaya əsaslanan bazar iqtisadiyyatı qurmaq fikrini dəstəkləyib. "Rusiya maliyyə təsisatlarının yaradılmasını dəstəkləyir. Biz bazar iqtisadiyyatı prinsipləri üzərində işləyirik " - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın təsis etdiyi BRİCS təşkilatının işgüzar görüşündə bildirib. BRİCS İnkişaf Bankının yaradılması ideyası Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ kimi görünür. "BRİCS dünya iqtisadiyyatında unikal yer tutur. Bu dünyada ən böyük bazardır. Bizim ölkələrimiz dünya əhalisinin 40%-ni təşkil edir. BRİCS ölkələri zəngin təbii ehtiyatlara və inkişaf etmiş sənayeyə malikdir və demək olar ki, dünya məhsulunun təxminən 30%-ni yaradır. BRİCS ölkələrinin ilk rəsmi sammiti 2009-cu ildə keçirilmişdir" deyə Putin sammitdə vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31