Bakının iki kəndinin qaz təchizatı dayandırılır
Bakının iki kəndinin qaz təchizatı dayandırılır
3 Sentyabr 2019 11:13 İqtisadiyyatBu gün ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31