“Ümid” yatağının işlənməsi

Azərbaycanın qaz tələbatından asılıdır

"Ümid qaz yatağının işlənməsi prosesi Azərbaycanın qarşıdakı 30-50 il müddətində qaza olan daxili tələbatından asılı olacaq. "OLAYLAR"ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Şirkət rəhbəri bildirib ki, hazırda yataqda qazılmış ilk quyudan hasilatın sentyabrda başlanması planlaşdırılır: "Amma yatağın daha geniş istismarı ölkənin qaza olan daxili tələbatından asılı olacaq. Dövlət başçısının tapşırığı ilə biz qarşıdakı 30-50 il müddətinə ölkənin balansı üzrə proqnozları hazırlayırıq və onun nəticələrindən asılı olaraq "Ümid" yatağından nə dərəcədə aktiv istifadə olunacağı müəyyən ediləcək.  Hazırda "Ümid" yatağında 20% pay özəl şirkətə - "Nobel OİL"-a məxsusdur. Biz bu yataqda qazma işlərinə "Nobel Oil" qazma şirkətinin gücündən istifadə etməklə başlamışdıq. Onların bu yataqda 20%-ə qədər payı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31