Trans-Anadolu qaz kəməri 7 milyard avroya başa gələcək
6 İyun 2012 15:23 İqtisadiyyatTürkiyənin ərazisindən keçəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi təxminən 7 milyard avroya başa gələcək. "OLAYLAR"ım məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, bu rəqəm hələ tam dəqiqləşdirilməyib: "Hələlik bu, təxmini rəqəmdir, daha dəqiq rəqəm texniki iqtisadi əsaslandırmadan sonra bəlli olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31