“Azəriqaz”dan açıqlama

Avqust ayının 9-da “Azəriqaz” İstehsalat Birliyində Bakı Regional Qaz İstismarı İdarəsinin Sabunçu rayonu üzrə Texniki istismar Xidmətində mühəndis işləmiş Babayeva Şəfaqət Məmməd qızının əmək müqaviləsinə xitam verildikdən sonra o, bir sıra internet media orqanlarında çıxış edərək qurumda baş verən qanunsuzluqlar və özünə qarşı edilmiş haqsızlıqlara dair iddialarla çıxış edib.

Avqust ayının 9-da "Azəriqaz" İstehsalat Birliyində Bakı Regional Qaz İstismarı İdarəsinin Sabunçu rayonu üzrə Texniki istismar Xidmətində mühəndis işləmiş Babayeva Şəfaqət Məmməd qızının əmək müqaviləsinə xitam verildikdən sonra o, bir sıra internet media orqanlarında çıxış edərək qurumda baş verən qanunsuzluqlar və özünə qarşı edilmiş haqsızlıqlara dair iddialarla çıxış edib. Təəssüf ki, bu yazıları öz internet səhifəsində yayan bəzi qurumlar "Azəriqaz" İstehsalat Birliyinin məsələyə dair münasibətini öyrənməyiblər, buna cəhd belə göstərməyiblər, bəhs edilən yazıda qarşı tərəfin mövqeyinin yerləşdirilməsinə hazır olduqlarını da bildirməyiblər". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Azəriqaz" İstehsalat Birliyinin yaydığı açıqlamada yer alıb. Bildirilib ki, nəticə etibarı ilə ictimayətdə məsələ ilə əlaqədar yanlış fikir formalaşdırılır. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə (Məlumat azadlığının təminatı) əsasən "məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Həmin Qanunun 5-ci maddəsinə (Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri) görə isə məlumat obyektivliyi, tamlığı və həqiqiliyi əks etdirməlidir. Bundan başqa, 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmış, sonradan ATƏT və Mətbuat Şurasının birgə layihəsi əsasında təkmilləşdirilmış "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"n 1.2-ci bəndinə görə "jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31