Ağsuda daha iki yaşayış məntəqəsi qazlaşdırılıb

Ağsuda daha iki yaşayış məntəqəsi qazlaşdırılıb

Tikinti-quraşdırma işləri başa çatdırılmış Ağsu rayonunun Yenikənd və Gəndəxan kəndlərinə bu gün təbii qaz verilib. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, ümumilikdə 2 kənddə 2389 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 23 ədəd qaz sayğacı quraşdırılıb. Yenikənddə 15, Gəndəxanda isə 8 fərdi yaşayış evi qazlaşdırılıb. Yeni abonentlər istənilən vaxt Ağsu Regional qaz istismarı İdarəsinin İsmayıllı xidmət sahəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib, yeni ödəmə kartlarını alaraq evlərində təbii qazdan istifadə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31