Sosial sahəyə müsbət təsir göstərəcək daha bir addım

Sosial sahəyə müsbət təsir göstərəcək daha bir addım

Pərviz Heydərov: "Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumlarının sentyabrın 1-dən etibarən, 90 gün müddətinə ləğv olunması qiymətlərin bahalaşmaması üçündür"

Ölkədə atılan hər bir addım, həyata keçirilən hər bir islahat, qəbul edilən bütün fərman və sərəncamlar, eləcə də təsdiqlənən qanunlar yalnız və yalnız bir məqsədə, xalqın rifah halının yaxşılaşdırılması, mövcud olan ən xırda belə sosial problemlərin həllinə yönəlib, ona hesablanıb. Təkcə son bir neçə ayda müşahidə etdiyimiz mənzərə belə deməyə əsas verir. Ümumilikdə, artıq bir neçə ildir ki, Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə mühüm sosial açılımlar həyata keçirilir ki, bu da maksimum dərəcədə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Artıq Azərbaycan hakimiyyəti, Azərbaycan hökuməti demək olar ki, fəaliyyətini məhz bu istiqamətdə qurub desək yanılmarıq. Təsadüfi deyil ki, elə Nazirlər Kabinetinin istər ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında, istərsə də bir müddət əvvəl ölkədə həyata keçirilən sosial siyasətə həsr olunmuş müşavirədə də dövlət başçısının hökumət qarşısında qoyduğu əsas vəzifə əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönılü addımların atılması olub.  Elə bu günlərdə hökumətin Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumlarının sentyabrın 1-dən etibarən, 90 gün müddətinə ləğv olunması qərarı da məhz yuxarıda qeyd etdiyimiz məqsəd və mərama xidmət edir desək yanılmarıq. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Əsas diqqət çəkilən məqam isə ondan ibarətdir ki, Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumlarının sentyabrın 1-dən etibarən, 90 gün müddətinə ləğv olunması bahalaşmanın qarşısının alınmasını özündə ehtiva edir və çox düzgün qərardır. İqtisadçı ekspert Pərviz Heydərov da hesab edir ki, hökumətin qərarına əsasən, Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalına tədbiq olunan müvafiq gömrük rüsumlarının sentyabrın 1-dən etibarən, 90 gün müddətinə ləğv olunması qiymətlərin bahalaşmaması üçündür və adları çəkilən yanacaq növlərinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıyır. Onun sözlərinə görə, Aİ-95 markalı benzin ümumiyyətlə, kənardan gətirilirdi, yəni daxildə istehsal olunmur: "Aİ-92-ə gəldikdə isə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirdə, başqa sözlə desəm, modernləşdirilmədə olduğundan həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır. Yəni, Aİ-92 üzrə də idxalsız keçinmək mümkün deyil. Və bu, getdikcə dayanıqlı hal alır. Bütün bunların fonunda isə ölkədə Aİ-92 və Aİ-95 markalı benzinlərə təbii olaraq tələb artmaqdadır. Çünki həm ölkəyə avtomobil idxalı genişlənir, həm də ümumiyyətlə, əhalinin gəlirləri yüksəldikcə nəqliyyat vasitələrindən istifadə artır. Yəni ki, bu, elə bir tendensiyadır ki, əslində həmişə yüksələn dinamika üzrə inkişaf edir və etməlidir də. Başqa sözlə desəm, yanacağa tələbat iqtisadi artım olan bir ölkədə qarşısıalınmaz prosesdir".

Bəs, sözügedən sahədə perespektivdə bizi nə gözləyir? Pərviz Heydərov deyir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tam gücü ilə işə düşsə belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq: "Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diqtə edir. İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzunmüddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmazdır. Üçüncüsü isə, hökumətin bu sahədə ümumiyyətlə, qiymətləri idarəetmə və ya ona təsir etmə, tənzimləmə mexanizmi fikrimcə, dəyişdirilsə yaxşıdır. Belə ki, idxal qaydalarını aşağı və yuxarı doğru "oynatmaqla" sözügedən sahədə bazarı keyfiyyətli şəkildə nəzarətdə saxlamaq bu gün üçün olmasa da, sabahkı gündə effektsiz xarakter daşıdığını göstərə bilər. Buna əyani misal və yaxud sübut ondan ibarətdir ki, Aİ-95 markalı benzinin qiyməti artıq, xeyli müddətdir sərbəst bazar qanunları ilə tənzimlənsə də, sual olunur ki, bəs, nədən onun qiyməti bu günədək bir dəfə də olsun ucuzlaşmadı?! Yəni, belə bir hala rast gəlinməyib, Aİ-95 mərhələlərlə bahalaşaraq bu gün 1,50 azn qiymətə satılır. Demək, yenə də bahalaşmağa meyillidir ki, həm də Aİ-95 üzrə idxal gömrük rüsumu 90 günlük müddətinə aradan götürülür"

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31