Asəf Hacıyev QDİƏT PM-in tədbirinə qatılıb
27 Mart 2013 13:48 İqtisadiyyatMilli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev Moldovanın paytaxtı Kişinyov şəhərinə səfər edib. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, deputatımız QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər üzrə Komitəsinin 40-cı iclasında iştirak edəcək. İclasda "QDİƏT-ə üzv ölkələrin universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlığın üstünlüyü və perspektivləri" mövzusunda məruzə və müvafiq qətnamə layihəsi təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Asəf Hacıyev ölkəmizin mövqeyindən çıxış edərək məsələlərə münasibət bildirəcək. Səfər martin 28-də başa çatacaq.