Qubanın qaz təchizatında məhdudiyyət yaranıb
Qubanın qaz təchizatında məhdudiyyət yaranıb
28 Avqust 2019 12:40 İqtisadiyyatAvqustun 28-də saat 09:30-dan etibarən Quba şəhəri və bir neçə kəndinə təbii qazın verilməsində məhdudiyyət yaranıb. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, buna səbəb Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31