Paytaxtın bəzi rayonlarına qaz təchizatı dayandırılıb

Paytaxtın bəzi rayonlarına qaz təchizatı dayandırılıb

Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunur.  "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, H.Əliyev prospektində, Nəsimi, Yasamal və  Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31