Avtombil qəzası iki kəndin qaz təchizatında fasiləyə səbəb olub

Avtombil qəzası iki kəndin qaz təchizatında fasiləyə səbəb olub

Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli ve Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, nəticədə hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil isə daha sonra başqa kəndin ərazisində tapılıb. Hazırda ərazidə qaz təchizatının bərpası işlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31