Daha bir rayonun da qaz sayğacları dəyişidirilir

“Azəriqaz” İB Gəncə və Ağsu ilə yanaşı Regional qaz istismar İdarələri (RQİİ) ilə yanaşı, Salyan RQİİ-yə daxil olan rayon və kəndlərdə də qaz sayğaclarının yeniləri ilə əvəz olunmasına başlanılıb

"Azəriqaz" İB Gəncə və Ağsu ilə yanaşı Regional qaz istismar İdarələri (RQİİ) ilə yanaşı, Salyan RQİİ-yə daxil olan rayon və kəndlərdə də qaz sayğaclarının yeniləri ilə əvəz olunmasına başlanılıb."Azəriqaz"dan verilən məlumata görə, istismar müddəti başa çatmış Gəncə RQİİ üzrə 62 785, Ağsu RQİİ üzrə 52 413, Salyan RQİİ üzrə isə 51 443 ədəd məişət təyinatlı mexaniki və köhnə nəsil smart-kart tipli qaz sayğacları dəyişdiriləcək. Qaz sayğaclarının dəyişdirilməsi ilə əlaqədar ötən həftə Gəncə RQİİ-yə 1895 ədəd, Ağsu RQİİ-yə 960 ədəd və Salyan RQİİ-yə isə 1586 ədəd yeni nəsil "İtron Gallus" Pay G-4 NGPP markalı qaz sayğacları göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31