Zəlzələdən zərər çəkən evlərin qaz təchizatı yaxşılaşdırılır

Zəlzələdən zərər çəkən evlərin qaz təchizatı yaxşılaşdırılır

Bu gün səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılıb. "Azəriqaz" İstehsalat Birliyindən "OLAYLAR"-a bildirilib ki, bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31