Türkiyə İrandan neft idxalını yarıbayarı azaltdı
6 İyun 2012 14:21 İqtisadiyyat"Türkiyə İran neftinin idxalını azaldıb. Bunu ABŞ-ın sanksiyalarından qaçmaq üçün edib". Lent.az-ın məlumatına görə, bu sözləri Türkiyənin ən böyük neftayırma şirkəti olan Tupras-ın (Turkiye Petrol Rafinerileri AS) adının çəkilməsini istəməyən əməkdaşı "Reuters"-ə deyib.
Mənbənin dediyinə görə, əgər mart ayında şirkət İrandan sutkada 270 min barel neft idxal edirdisə, may ayında bu rəqəm 140 min barelə düşüb. İyun ayından isə açıqlanan rəqəmin yenidən azalacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31