Bu gün Bakının iki rayonuna qaz verilməsi dayandırılacaq

Bu gün Bakının iki rayonuna qaz verilməsi dayandırılacaq

Avqustun 15-də Bakının bəzi rayonlarında və Beyləqan rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranacaq. "Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31