İki ayda respublika üzrə 16 min 203 vergi ödəyicisi qeydiyyata alınıb

2013-cü ilin yanvar-fevral aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 1 milyard 119 milyon 485,9 min manat vəsait daxil olub. Bu barədə "Olaylar"a nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 41,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,8 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 554 milyon 119,9 min manat vəsait daxil olub.Yanvar-fevral ayında respublika üzrə 16 min 203 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin mart ayının 1-dək 66 min 85 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçmişdi. 1 mart 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 496 min 128 olub. 2013-cü ilin yanvar-fervral ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,7 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31