Muzdlu işçilərin gəlirləri artıb

Muzdlu işçilərin gəlirləri artıb

Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib. Vergilər Nazirliyindən "Olaylar"a bildirilib ki,  vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib. Cari ilin sonunadək həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Bu məbləğ əvvəlki illərdə dövlət büdcəsinə vergi şəklində ödənilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31