Qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi 22,8 faiz artıb
Qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi 22,8 faiz artıb
7 Avqust 2019 15:25 İqtisadiyyatİşçi sayının şəffaflaşması prosesləri ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əmək haqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına səbəb olub. Vergilər Nazirliyindən "Olaylar"a bildirilib ki, cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əmək haqqının artırılmasının təsirləri də çıxılmaqla 21,4 faiz artıb. Bu, ümumi əmək haqqı fondunun əhalinin pul gəlirlərinə nisbətdə 2,5 faiz yüksəlməsinə səbəb olub. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31