İki rayonun qaz təchizatında məhdudiyyət olacaq
İki rayonun qaz təchizatında məhdudiyyət olacaq
7 Avqust 2019 11:10 İqtisadiyyatQaz İxrac İdarəsinin balansında olan "Azadkənd-İmişli" magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq. "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bununla əlaqədar olaraq bu gün saat 06:00-dan 21:00-dək bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-dək Saatlı, İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Saat 09:00-dan avqustun 8-i işlər başa çatanadək "Dondarquşçu" Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhəri və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31