Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək
Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək
6 Avqust 2019 13:42 İqtisadiyyatAvqustun16-da energetika nazirinin müavini Elnur Soltanov Gədəbəy şəhərində Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, qəbul saat 13:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində(ünvan: Heydər Əliyev prospekti 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı,598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxsSeymur Bağbanlı), nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı:[email protected], [email protected])vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyininwww.minenergy.gov.az internet səhifəsindəki"Qəbula yazılmaq" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.