Bir neçə rayonun qaz təchizatı dayandırılacaq
Bir neçə rayonun qaz təchizatı dayandırılacaq
6 Avqust 2019 11:47 İqtisadiyyatSəhər saat 09:00-dan etibarən avqustun 8-dək (2 gün müddətinə) Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax" magistral qaz xəttində təmir işləri planlaşdırılıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb. Bundan başqa saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31