Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb. Nəzərdə tutulan qrafikə əsasən, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması planlaşdırılırdı. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam yekunlaşıb və 175 milyon manat pensiyaçıların hesablarına köçürülüb. Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb. 2013-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edir. Onlardan 63 faizi yaşa görə, 26,6 faizi əlilliyə gərə, 10,4 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31