Bu ilin 6 ayında ARDNF-in büdcə gəlirləri 10 698,3 milyon manat olub

Bu ilin 6 ayında ARDNF-in büdcə gəlirləri 10 698,3 milyon manat olub

2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 10 698,3 milyon manat, büdcə xərcləri isə 4 499,4 milyon manat təşkil edib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki,  2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 141,2 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 513,1 milyon manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31