Heydər Babayevin şirkətləri ləğv olundu
Heydər Babayevin şirkətləri ləğv olundu
25 İyul 2019 13:23 İqtisadiyyatSabiq İqtisadi İnkişaf naziri Heydər Babayevə məxsus "AB Standard" QSC-nə daxil olan 7 şirkət ləğv olunub.
Olaylar.az xəbər verir ki, bu barədə məluat Vergilər Nazirliyinin rəsmi orqanı olan "Vergilər" qəzetində öz əksini tapıb.
Söhbət sözügedən qrupa daxil olan "AB Trading", "AB Travel", "AB Skybell", "Masalt", "Avto Şop", "Standard Futbol Klubu" MMC-lərdən və "AB Service"dən gedir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31