Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvülüyü tövsiyyə olunmur
Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvülüyü tövsiyyə olunmur
24 İyul 2019 12:50 İqtisadiyyatEkspert: "Ölkəmiz birliyə üzv olarsa bu iqtisadiyyatımıza xüsusi müsbət təsir göstərməyəcək"
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) daha bir elmi tədqiqatı dünyanın aparıcı jurnallarının birində nəşr edilib. CESD tədqiqatçıları olan Dan Breban və Elmir Muxtarov ilə birgə hazırladığımız "Avrasiya İqtisadi Birliyinin iqtisadi təsirlərinin qiymətləndirilməsi: Regional Linear Reqresiyasının tətbiqi" (Economic effects estimation for the Eurasian Economic Union: Application of regional linear regression) adlı məqalə ABŞ-ın Kaliforniya Universitetinin "Communist and Post-Communist Studies" jurnalında yayımlanıb. Elsevir nəşriyyatı tərəfindən nəşr edilən və "Thomson Reuters" bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksi olan "SSCI" (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan bu jurnal dünyada post-kommunizm elmi araşdırmaları üzrə ən yaxşı 2 jurnaldan biri hesab olunur. Bu barədə "Olaylar"a məlumat verən Mərkəzin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, araşdırmda Linear Regressiya Modelindən isifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə təsirləri qiymətləndirilib: "Üzv ölkələr üzrə iqtisadi təsirlərdə cüzi fərqlər olsa da model nəticələri göstərir ki, birliyə üzvlük həmin ölkələrin iqtisadiyyatlarına ciddi töhvə verməyib. Eyni zamanda, Azərbaycanın birliyə potensial üzvülüyünün eknometrik dəyərləndirilməsi aparılıb. Modelin nəticələri və eləcə Azərbaycanın iqtisadi və xüsusən də Rusiyadan asılı olmayan enerji siyasəti üzrə aparılan təhlillər göstərib ki, ölkəmiz birliyə üzv olarsa bu iqtisadiyyatımıza xüsusi müsbət təsir göstərməyəcək. O baxımdan da ekonometrik və statistik təhlillərə əsaslanaraq Azərbaycanın birliyə üzvülüyü tövsiyyə olunmur".