Altı yaşlı milyonçu
İzabella Barrett adlı qız 2 milyon dollar qazanıb
15 Mart 2013 17:39 İqtisadiyyatDünyanın ən gənc milyonçusunun 6 yaşı var. İzabella Barrett adlı bu qız artıq 2 milyon dollar qazanıb. İzabella anasının köməyi ilə şirkət yaradaraq biznesini daha da genişləndirmək niyyətindədir. Qızın varlanmasına səbəb isə İzabella Barrettin anası Syuzan Barret yaratdığı "Glitzy Girl" kolleksiyasının ilk aksessuarlarını reklam etdirəndə qızından yararlanmasıdır. Balaca qızcığazın o zaman 4 yaşı olub və "Toddlers" and "Tiaras" şirkətlərinin ən kiçik, azyaşlı modeli idi.
Yeniyetmə qızlar üçün parfümeriya, kosmetika və aksessuarlar istehsal edən "Glitzy Girl" şirkətinin reklam kampaniyalarına çəkiləndən sonra İzabella anasının yeni məhsullarını dəyərləndirən test-ekspert olub. İzabellanın dəyərləndirmələri dəqiq olduğundan iri brendlər və modalar evləri də balaca "ekspert"ə müraciət etməyə başlayıb.
Amerikada yaşayan qız modelyer olmaq niyyətindədir.