Millət vəkilindən təklif
“Pensiya və maaşlar artırılmalıdır”
15 Mart 2013 15:59 İqtisadiyyat"Son zamanlar əhali arasında təbəqələşmə gedir. Bu məsələdə ciddi problemlər var". Bunu deyən millət vəkili Əli Əhmədovun sözlərinə görə, belə halların qarşısının alınması məqsədilə büdcə təşkilatları adından maliyyələşən pensiyaçıların, müəllimlərin, həkimlərin, elm işçilərin maaşları artırılmalıdır. Ə.Əhmədov regionların inkişafı ilə bağlı onu da bildirib ki, aztəminatlı insanların məvaciblərinin qaldırılması, onların həyat şəraitinin yaxşılaşdırılması vacibdir. Eyni zamanda deputat Milli Məclisdə mərkəzdən regionlara dövlət tərəfindən pul ayrılmasının dayandırılmasını təklif edib: "Azərbaycanda regionlar artıq dotasiya prinsipi ilə deyil, öz hesablarına yaşamalıdırlar. Regionların iqtisadi inkişafı sürətlənib və ona görə də bu dotasiya idarəçiliyi prinsipindən imtina edərək, regionların öz hesabına yaşaması prinsipinə keçmək lazımdır".
"İA\ "Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 450 mindən çox qanunsuz tikili var ki, onlarla bağlı məsələ hələ də öz həllini tapmayıb". Bunu deyən millət vəkili Sahid Orucun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti Bakı Şəhər İcra Hakimiyyətində görüşü zamanı qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq tapşırıq verməsinə baxmayaraq, məsələ bu günədək hələ də öz həllini tapmayıb: "Həmin qanunsuz tikililərdə yaşayanlar qaz, işıq və digər kommunal xərcləri ödəyirlər, amma bu günədək sənədləşdirmə məsələsini həll etmək nədənsə çox ciddi məsələyə çevrilib. Həmin evlərdə yaşayan insanların uşaqlarını nə bağçaya düzəltmək, nə də məktəb yaşına çatdıqda məktəblərdə götürmürlər ki, qeydiyyat məsələsi yoxdur".
Deputat təklif edib ki, qanunsuz evlərin sənədləşdirilməsi ilə bağlı dövlət komitəsi yaradılsın, problemlər öz həllini tapa bilsin.