DGK büdcəyə 2 milyard manatdan çox pul köçürüb
DGK büdcəyə 2 milyard manatdan çox pul köçürüb
16 İyul 2019 14:17 İqtisadiyyatBu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 65 milyon 160 min manat olub. Komitədən "Olaylar"a verilən məlumata görə, altı ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 483 milyon 957 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 424 milyon 239 min manat, aksizlər üzrə 136 milyon 798 min manat, yol vergisi üzrə isə 20 milyon 165 min manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31