Komitə sədrindən tənqidlərə cavab gəldi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsinin üzərində İqtisadi İnkişaf, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən iş aparılıb. Bunu deyən millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, qanunun yaradılması zərurəti sahibkarlığın inkişafına xidmət edir: "Hələ 90-cı illərdə sahibkarlığın inkişafı ilə bağlı bir sıra qanun və qərarlar qəbul edilib və bunun nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub. Azərbaycan iqtisadiyyatı yeni inkişaf fazasına qədəm qoyduğundan və özəl sektor dinamik inkişaf etdiyindən bu sahə yeni baxış tələb edir. Bu qanun dövlət başçısının təşəbbüsü ilə hazırlanıb və məqsəd özəl sektorun inkişafı və onlara lüzumsuz müdaxilələrin qarşısını almağa xidmət edir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31