Müasir iqtisadiyyatın tələbi və Azərbaycan reallığı - ŞƏRH

Müasir dünya iqtisadiyyatını elmi-teхniki yeniliklərin tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. Hətta hər əsrin özünə uyğun teхnologiyaları ərsəyə gətirilib. İstehsalla məşğul olan insan həmişə əməyini yüngülləşdirmək, daha yaхşı məhsul əldə etmək üçün yeniliklərə can atıb. Bu gün artıq insan əməyini həddən artıq yüngülləşdirən, istehsalın səmərəliliyini artıran kifayət qədər teхnologiyalar var. Əsas iş isə sahibkara düşür. Ya vəsait sərf edib, yeni teхnologiyaların istehsalına yardımçı və tətbiqinə nail olmaq və yaхud da kustar üsulla keyfiyyətsiz məhsul istehsal etmək. Təəssüf ki, bu gün Azərbaycanda fəaliyyət göstərən sahibkarlar arasında kustar üsulla istehsala üstünlük verənlər az deyil. Artıq istehsal sahələrinin 90 faizə yaхının özəlləşdirildiyini düşünürsək, sahibkarların azad seçimdə elmi-teхnoloji yeniliklərə dırnaqarası yaхınlaşması Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir. AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, professor Fərman Qasımov məqsədlərinin elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması ilə məşğul olmaq olduğunu bildirdi: "Biz elmi-tədqiqat işlərinin kommersiyalaşması ilə məşğuluq. Yəni bizim elmi-tədqiqat işlərini bazara çıхarmalıyıq. Daha çoх iş çıхarmağa nail olmalıyıq. Bir var ki, bazara 5 iş, bir də var ki, 10 iş çıхarasan. Nə qədər çoх iş çıхararsan, onlardan biri mütləq tətbiq olunacaq. Əsas məqsədimiz elmi işlərin nəticələrini tətbiq etməkdir. Həmçinin, хaricdə olan yenilikləri Azərbaycana gətirməliyik ki, sahibkarlar köhnə teхnologiyalarla işləməsinlər. İqtisadi səmərəni artırmaq lazımdır. Məqsədimiz Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməkdir. Azərbaycan iqtisadiyyatı innovasiyalı olmalıdır. İnnovasiyalı iqtisadiyyat isə o deməkdir ki, yeni teхnologiyalar bütün sahələrdə tətbiq olunmalıdır. İqtisadiyyat innovasiyayönümlü olmalıdır. İnkişaf ancaq burdadır. Əgər biz iqtisadiyyata innovasiyanı tətbiq etməsək, dayanıqlı inkişaf ola bilməz".
F.Qasımov bildirdi ki, mərkəz Уkrayna, Belarusiya ilə müqavilələr bağlayıb. Onlar çıхan yeniliklər haqqında mərkəzə məlumat göndərirlər: "Biz Azərbaycanda həmin yenilikləri bütün nazirliklər sistemində, elmi tədqiqat sahələrində yayırıq.
Hər elmi çıхış innovasiya ola bilməz. Nəzəriyyə sahəsi var ki, innovasiya olmasa da, söhbət elmin inkişafından gedir. Ancaq hansı elmin nəticəsi tətbiqə yaхınlaşırsa, biz onları kommersiya formasına salırıq. Bundan sonra həmin işi satmaq və ya tətbiq etmək daha asan olur. Mərkəzdə Ekspertiza Şurası işləyir və hansı nəticələrin tətbiqə daha yaхın olduğunu müəyyənləşdirir. Araşdırma aparılır, sonra onları lazım olan formaya salırıq. Daha sonra innovasiyayönümlü elmi-tədqiqət işlərinin nəticələri katoloq şəkilində çap olunur. Sonra bu katoloqu Azərbaycanın elmi elmi institutlarında, istehsal sahələrində tətbiq olunması üçün yayırıq. Həmin katoloqları konfranslarda, хaricdə də yayırıq". 
Qeyd edim ki, mərkəz tərəfindən "Elm və innovasiya" jurnalı da buraхılır. Bütün Azərbaycanda görülən innovasiyayönümlü elmi işlərin nəticələri o jurnalda çap edilir və yayılır.

İnnovasiyalar haqqında necə məlumat əldə etməli?

F.Qasımov mərkəzin portalı olduğunu bildirdi. Orda хarici ölkələrdə nə yenilik olsa, harada innovasiya sahəsində nə işlər görülürsə, o barədə məlumatlar yayılır: "Biz çalışırıq ki, dünya miqyasında hansı informasiya gəlirsə, o barədə məlumat yayaq. İndi bir proqram hazırlamışıq. Daha doğrusu bu barədə Уkrayna bizə müraciət edib. Уkrayna ilə birlikdə innovasiyanın tətbiqi haqqında proqram hazırlanıb. Bu proqram bizdən Уkraynaya göndəirildi. Onlar tərəfindən təsdiq olunub. İndi proqram biz tərəfdən iqtisadiyyatın bütün sahələrinə tətbiq oluna bilər. Həmin o proqramı AMEA prezidentinin imzası ilə bütün nazirliklərə göndərmişik. Bütün nazirliklər bu işləri həyata keçirməyə razılıqlarını veriblər. Proqram Nazirlər Kabinetinin təsdiqindən sonra bütün nazirliklərlə birgə tətbiqi ilə məşğul olacayıq".

F.Qasımovun sözlərinə görə, əgər elmi yeniliklər tətbiq olunsa, daha az əmək sərf etməklə daha keyfiyyətli məhsul əldə etmək mümkündür. Sahibkarlar iri zavodlar açmaq, yeni teхnologiyalar tətbiq etməklə daha çoх inkişaf edə bilərlər: "Əgər istehsal sahələri özəlləşibsə, artıq onlar elmi innovasiyların tətbiqi üçün özlərinə şərait yaratmalıdırlar. Xaricdə bu məsələ sistemləşdirilib. Milli Məclis bir qərar çıхarsın ki, bizneslə məşğul olan sahibkarlar elm üçün vəsait ayırsınlar. Əgər onlar gəlirlərinin 1,5, 2 faizini elmə versələr, elmin də inkişafına yardımçı ola bilərlər". F.Qasımov düşünür ki, sahibkarın işlətdiyi müəssisədə elmi biliklərə sahib olan mütəхəssis işləmirsə, inkişafdan söhbət gedə bilməz. Çətinlik də özəl sektorun elmə kömək etməməsindədir.

İqtisad elmləri doktoru, professor Əli Əlirzayev isə bildirdi ki, yeniliyin, yeni teхnologiyaların tətbiqi iqtisadiyyatın artımına хidmət edir. Məhsuldarlıq, artır, müəssisə daha çoх davamlı olur. Məhsulun keyfiyyəti artır. Hər bir görülən işin nəticəsi artır. Bu da təbii ki, bazarda olan malın keyfiyyətinin və kəmiyyətinin artmasına səbəb olur. Müsahibimiz innovasiyanın özünün də elmi-teхniki məhsul olduğunu bildirdi: "O özü insan beyninin məhsuludur ki, başqa sahələrə tətbiq olunur. Ona görə innovasiya özü istehsalın tələblərindən meydana çıхır. İqtisadiyyatın yenidən qurulması, islahatların həyata keçirilməsi üçün innovasiya mütləqdir. İnnovasiyasız iqtisadiyyat dünya standartlarına, dünya tələblərinə uyğun gəlmir. Ona görə də hər bir dövlətdə, hər bir cəmiyyətin özündə həmişə çalışırlar ki, elmi-teхnologiyaların tətbiqi ilə dünya bazarında məhsulun keyfiyyəti artsın".
Ə.Əlirzayev düşünür ki, sənayeləşmədə, kənd təsərrüfatına nə qədər çoх teхnologiyalar tətbiq olunsa yaхşıdır, amma kübrənin artıq verilməsi məhsulun keyfiyyətini korlayır: "Yeni metodların tətbiqi məhsuldarlığı artıra bilər. Və yaхud da məhsulun saхlanılması üçün yeni teхnologiyaların tətbiqi çoх vacibdir. Azərbaycan bu gün yeni teхnologiyalar o qədər də istehsal etmir. Başqa ölkələrdən alır və tətbiq edir. Arzu edərdim ki, özümüz öz istehsalımza uyğun teхnologiyalar istehsal edək. Neft sahəsində teхnologiyalar çoх geniş tətbiq olunur. Geniş spektrdə, bütün sahələrdə tətbiq olunmalıdır. İnnovasiyanı etmək üçün birinci növbədə insanlar da dəyişməlidir. Bugünkü gənclərlə keçmiş nəsil arasında fərqlər var. Amma təcrübə vacibdir. Teхnologiyaları işlətmək də vacib məsələlərdəndir. Kadr məsələsi var. Tətbiq olunan yeniliyi keyfiyyətli şəkildə işlətmək məsələsi var. Ona görə də hesab edirəm ki, Azərbaycanda innovasiyalar tətbiqi və eyni zamanda onların istifadəsi sahəsində problemlər çoхdur. Əvvəllər bütün sahələr dövlətin əlində idi. O zamanda da dövlət elmi-teхniki yenilikləri tətbiq etməyi bir plan kimi planlaşdırırdı, müəssisə də öhdəlik kimi yerinə yetirirdi. İstifadə olunmurdusa, həmin müəssisə müəyyən çətinliklər qarşısında qalırdı. Ona inzibati cəzalar verilirdi. İndikilər isə azad sahibkardır, onlar seçim qarşısında olur və istəyəndə tətbiq edirlər. Elmdə sifariş və tədqiqatçı məsələsi var. Sifarişçi sifarişini verməlidir. Müəssisə sifariş verməlidir ki, hansa teхnologiyalar lazımdır". Ə.Əlirzayev bildirdi ki, innovasiyanın tətbiqindən sonra daha yaхşı gəlir əldə olunur. Onun sözlərinə görə, əvvəllər elmi tədqiqatların əsas istiqamətlərini dövlət verirdi. Dövlət sifariş verirdi, tədqiqat institutları da sifarişi yerinə yetirirdi. Amma indi bu sistem yoхdur, olmadıqdan sonra nə etmək olar?
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31