Tehran 11,6 milyard dollar itirəcək
Hindistan İrana qarşı sanksiyalara qoşulur
14 Mart 2013 13:30 İqtisadiyyatHindistan OPEK-ə üzv olan ölkələrlə Dehliyə ixrac edilən neft miqdarının artırılması ilə bağlı danışıqlar aparır. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, danışıqların səbəbi Hindistanın İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmasıdır. Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və digər körfəz dövlətləri Dehlinin İrana qarşı sanksiyalara qoşulacağı təqdirdə bu ölkəyə Tehrandan aldığı neftdən bir neçə qat artıq neft icrac edəcəkləri barədə təminat məktubu göndəriblər.
Qeyd edək ki, Hindistan sanksiyalara qoşulacağı təqdirdə İranın illik valyuta gəliri 11,6 milyard dollar azalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31