Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasəti Azərbaycanın milli inkişafının əsasıdır

Dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir

İlham Əliyev ulu öndərin həyat məktəbinin ən layiqli yetirməsi kimi öz fəaliyyəti ilə milli mənəviyyatımıza uyğun siyasi əxlaq və siyasi etika nümunəsinin müəllifidir. İlk gündən hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və sonadək sözünü tutmağı bacaran dövlət başçısı ölkəyə rəhbərlik etdiyi bu illərdə islahatçı lider kimi tanınmış, Azərbaycanın və azərbaycanlıların yeni intibah dövrünün müəllifi kimi milli tariximizə şərəfli bir səhifə yazmışdır.

İlham Əliyev yeni şəraitdə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmağı qarşısına əsas məqsəd kimi qoymuşdur.

Müasir azərbaycanlı təfəkküründə vətən və xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, milli-mənəvi-əxlaqi dəyərlər, Qərb və Avropa modellərinə məxsus intellektual imkanlar vəhdət şəklində birləşərək cənab İlham Əliyevin unikal düşüncə tərzini səciyyələndirir.

Prezident İlham Əliyev öz möhkəm siyasi iradəsi və prinsipiallığı sayəsində neft strategiyasının, əfsanələrin reallığa çevrilməsini hədəfləyən möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasında müstəsna xidmətləri ilə Azərbaycanın çağdaş tarixinin ən şanlı səhifələrini yazıb

Prezident İlham Əliyev təkcə olkə daxilində deyil, həm də beynəlxalq miqyasda sözünün çəkisinə və sanbalına diqqəti cəlb etdirməyi bacarır.

Siyasi baxışları etibarilə azərbaycançı olan Prezident İlham Əliyev bu dövlətçilik prinsipini daim uca tutan, yeni tarixi epoxanın reallıqları ilə əlaqəli şəkildə inkişaf etdirib daha da zənginləşdirən görkəmli dövlət xadimidir.  Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır.

Cənab Prezident ilk növbədə Azərbaycan xalqının mənafeyini müdafiə edir, Vətənin xoşbəxt gələcəyinin bərqərar olması naminə heç nədən çəkinmir. Xalq görür ki, onun tutduğu yol haqq yoludur, ədalət yoludur, müstəqilliyi, sabitliyi qorumaq yoludur.

Prezident İlham Əliyevin idarəçiliyində diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir.

Prezident İlham Əliyev Azərbaycanı enerji resurslarından asılı olmayan müasir və qüdrətli dövlətə çevirmək məqsədini deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır.

Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir. Prezident komandasının hər bir üzvü üzərinə düşən tarixi məsuliyyəti dərk etməli, fəaliyyətini hər zaman cənab İlham Əliyevin elan etdiyi mütərəqqi prinsiplər əsasında qurmalıdır.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində güclü, monolit komanda amilinin də rolunu qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Prezident İlham Əliyevin son 15 ildə əldə etdiyi böyük siyasi nailiyyətlər onun siyasi liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.

Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir.Əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan 2019-cu ilin ilk ayında atılan addımlar, imzalanan fərman və sərəncamlar insan amilinin ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq etdi. Hər addımında milli maraq və mənafeləri üstün tutaraq, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq və qarşıda duran bütün problemlər həll olunacaq. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur.

Azərbaycan xalqının öz Prezidentinə güvəni, böyük sevgisi var. Ona görə ki, ölkəmizdə sabitik, sülh, əmin-amanlıq, eləcə də inkişaf məhz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunub. Uğurlarımız bu gerçəkliyi təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Prezident İlham Əliyev şəksiz lider olaraq qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, xalqına verdiyi bütün vədləri reallaşdırır.

Azərbaycan xalqı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini göstərməkdədir. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.

Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasəti Azərbaycanın milli inkişafının əsasıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Cənab İlham Əliyev dünyanın yeganə liderlərindəndir ki, hər addımında ilk olaraq öz xalqını,öz dövlətini və onun rifahını düşünür. Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi ictimai-siyasi sabitliyin başlıca təminatçısıdır. Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, cənab İlham Əliyev isə dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirmişdir.

Prezident İlham Əliyevin məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatların uğurla davam edəcəyinə inam yaradır. Ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən bir ildə də qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülüb. Siyasi baxışlarından asılı olmayaraq hər kəsin birmənalı olaraq qəbul etdiyi reallıq ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli və bütün sahələrdə vüsət alan inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkəyə rəhbərliyi sayəsində mümkün olub.

Prezident İlham Əliyev ötən illər ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır.

Müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadı inkişaf tempi ilə dünyada lider mövqelərə yüksəlməsi də dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkə olaraq, dünya miqyasında qətiyyətli mövqeyi ilə seçilən dövlətlər sırasında öz yerini möhkəmləndirib.

Dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir. Son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31