Bakıda reydlər başladı
13 Mart 2013 17:53 İqtisadiyyatBakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti Novruz bayramı ərəfəsində paytaxtda küçə ticarəti ilə bağlı reydlərə başlayıb. Bunu Trend-ə Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Onun sözlərinə görə, bu reydlər, əsasən, metro keçidlərinin, vağzalın giriş və çıxışlarında aparılır. Bağırov bildirib ki, reydlər zamanı insanların, əsasən, rayonlardan gətirdiyi müxtəlif kənd təsərrüfatı maları, eləcə də qoz, fındıq və digər çərəzlər satdıqları aşkarlanıb.
Departament rəsmisi deyib ki, qanunsuz ticarətlə məşğul olanlara əvvəlcə xəbərdarlıq edilir. Onlar bu xəbərdarlığa əhəmiyyət verməyərək satışlarını davam etdirdikdə 80 manat məbləğində cərimələnirlər. Reydlərin martın 25-dək davam etdirilməsi nəzərdə tutulur.