"2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə dəyişiklik birinci oxunuşda qəbul edilib
"2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə dəyişiklik birinci oxunuşda qəbul edilib
27 İyun 2019 13:44 İqtisadiyyatMilli Məclisin iyunun 27-də keçirilən növbədənkənar sessiyasının iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb."Olaylar"ın məlumatına görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Dəyişikliklə, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılır. Eyni zamnada, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.