DSMF-nın büdcəsi artırılır

DSMF-nın büdcəsi artırılır

Milli Məclisin iyunun 27-də keçirilən növbədənkənar sessiyasının iclasında  "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini sədri Ziyad Səmədzadə məlumat verib.Müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000,0 manat, xərcləri 3 928 104 000,0 manat məbləğində təsdiq edilib. Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 4 128 104 000 manat, xərclərinin isə 4 128 104 000 manat məbləğində təsdiq edilməsi təklif olunur. Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 834 944 000 manatdan, 4 020 444 000 manata qaldırılması təklif edilir.

Eyni zamanda, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 22 500 000 manatdan, 23 000 000 manata qaldırılması təklif edilir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31