Əmək pensiyasının minimum məbləği 200 manat olacaq
Əmək pensiyasının minimum məbləği 200 manat olacaq
27 İyun 2019 13:39 İqtisadiyyatMilli Məclisin iyunun 27-də keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə edilib. "Olaylar" xəbər verir ki, qanun layihəsi barədə məlumat verən parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir". Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.