Əməkhaqlarına artımların maliyyə mənbəyi açıqlandı
Əməkhaqlarına artımların maliyyə mənbəyi açıqlandı
20 İyun 2019 15:20 İqtisadiyyatƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən təsdiq edilən ikinci sosial paketə ayrılan maliyyə vəsaitinin mənbəyini açıqlayıb. "Olaylar" xəbər verir ki, nazir Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışında bildirib ki, ikinci qəbul edilən sosial paketin maliyyə dəyəri 660 milyon manatdır: "Bunun 560 milyon manatı dövlət büdcəsinin, qalan 100 milyon manatı isə Dövlət Sosial Müdafiə Fondunun payına düşür. Dövlət büdcəsindən yönəldilən vəsait isə yenə daxildən əldə edilən vəsaitdir. Bu vəsaitlər vergi və gömrük yığımları hesabına yığılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31