Bu şəxslərin də maaşı artırıldı - QƏRAR
Bu şəxslərin də maaşı artırıldı - QƏRAR
20 İyun 2019 10:26 İqtisadiyyat"Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında" Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.
Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.
Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31