Hansı ölkə benzinə daha çox pul xərcləyir? - SİYAHI

Dünyada benzinə ən çox pul xərcləyən ölkələrin siyahısı açıqlanıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, siyahıya əsasən aşağıda adı çəkilən ölkələrdə bir qalon, yəni 4 litr benzinə nə qədər pul xərcləndiyi açıqlanıb.
Siyahıya Türkiyə başçılıq edir. Belə ki, Türkiyədə 1 qalon benzinin qiyməti 9,98 dollardır. Bu rəqəm Norveçdə - 9,63, Hollandiyada - 9,09, Portuqaliyada - 8,82, İsveçrədə - 8,50 dollardır. Siyahının daha aşağı pillələrini isə 8,41 dollarla - Belçika, 8,38 dollarla - Fransa, 8,22 dollarla - Danimarka tutur.
Honqkonqda isə benzinə 8,38 dollar xərclənir. İngiltərədə bu məbləğ - 8,06, Slovakiyada - 7,61, Sloveniyada - 7,60, Maltada - 7,44, Macarıstanda - 7,21 dollardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31