195 Çağrı Mərkəzinə 24732 müraciət daxil olub

2013-cü ilin fevral ayı ərzində Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 24 min 732 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 24 min 221 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib. Bu barədə nazirliyin Analitik informasiya şöbəsindən "Olaylar" a verilən məlumata görə,  Çağrı Mərkəzinə daxil olmuş  müraciətlərin 14 min 454-ü canlı rejimdə müfəttiş-operatorlar, 10 min 278-i isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (19,2%), elektron xidmətlər (16,6%), qeydiyyat (12,8%), hesabatlar və onların doldurulma qaydaları (8,1%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (5,6%) barədə suallar, avtomatik rejimdə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (69,2%) və dövlət büdcəsinə olan vergi borcları (29,8%) barədə müraciətlər üstünlük təşkil edib. Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 26,6% artıb. Fevral ayı ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 121 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31