“AtaBank”ın nizamnamə kapitalı artıb

"AtaBank" ASC-nin 2012-ci ilin fevral ayı ilə müqayisədə bu ilin göstərilən müddətində  nizamnamə kapitalı 11.9 faiz və ya 3.0 milyon manat artaraq 28.0 milyon manat təşkil edib. Bankdan "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, hesabat dövründə bankın maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olmuşdur. Belə ki, 2012-ci ilin fevral ayı ilə müqayisədə aktivlər 26.7 faiz və ya 60.8 milyon manat artaraq 289.0 milyon manat olub. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım qeydə alınıb. Ümumi kredit portfeli 25.8 faiz və ya 39.4 milyon. manat artaraq, 191.8 milyon. manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31