Vergi daxilolmaları artıb

Vergi daxilolmaları artıb

2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 262 milyon manat artıb."Olaylar"ın məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr olunmuş tədbir zamanı deyib. Onun sözlərinə görə, dövlət büdcəsinə daxilolmalar 3 milyard manatdan çox olub ki, bu da proqnozlaşdırılan göstəricidən 286,5 milyon manat çoxdur. Nazir müavini əlavə edib ki, səyyar yoxlamaların sayı azalıb: "Beş ay ərzində cəmi 176 səyyar yoxlama keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə azdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31