Deputatımız AŞPA-nın komitə iclaslarına qatılacaq

Deputatımız AŞPA-nın komitə iclaslarına qatılacaq

Milli Məclisin  üzvü Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 6-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaq. Bu barədə "Olaylar"a MM-in mətbuat xidmətindən məlumat verilib. Deputat iclasda çıxış edəcək, mövzu ilə bağlı fikirlərini səsləndirəcək. S. Qafarova iyunun 6-dan 8-dək isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31