Rövnəq Abdullayev qazın açılışını etdi
11 Mart 2013 16:40 İqtisadiyyatRövnəq Abdullayevin Gürcüstan səfəri davam edir. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bolnisi rayonunun azərbaycanlıların kompakt yaşadıqları Faxralı kəndində təbii qaz xəttinin açılışında iştirak edib.
Açılışda ARDNŞ prezidentini Gürcüstanın energetika və təbii resurslar naziri Kaxa Kaladze də müşayiət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31