Samir Şərifov:"Neftin qiymətində tərəddüdlər Azərbaycan büdcəsi üçün təhlükə deyil"

Maliyyə naziri Avrozonanın borc bazarlarında vəziyyətin dünya iqtisadiyyatı üçün risk yaratdığını deyir

Dünya bazarlarında neftin qiymətlərində tərəddüdlər, qiymətin 100 dollardan aşağı səviyyəyə düşməsi Azərbaycanın dövlət büdcəsi üçün təhlükə deyil". Bunu bu gün jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib. O, ölkənin dövlət büdcəsi üçün xüsusi təhlükə görmədiklərini deyib. Nazirin sözlərinə görə, hələlik qiymətlər tərəddüd etsə də, il ərzində isə neftin orta qiyməti 100 dollardan yuxarı olur. "Tərəddüdlər prinsipial deyil və ciddi təlatüm olmayacağını düşünürəm. Avrozona ölkələrinin borc bazarlarında vəziyyət dünya iqtisadiyyatı üçün nisbətən qlobal risklər yaradır. Ümumilikdə, biz hesab edirik ki, bu, neftin qiymətlərinə mənfi təsir göstərməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31