Sahibkarların yoxlanılması plan üzrə aparılacaq

Azərbaycanda sahibkarların dövlət qurumları tərəfindən yoxlanılması qanunla məhdudlaşdırılacaq.  "Olaylar"a daxil olan məlumata görə, bununla bağlı parlamentə qanun layihəsi daxil olub. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" adlanan qanun layihəsində nəzərdə tutulur ki, sahibkarlarda plan üzrə  yoxlamaların aparılması tezliyi sahibkarın aid olduğu risk qrupundan asılı olacaq. Belə ki, hər risk qrupu üçün plan üzrə (növbəti)  yoxlamaların aparılması tezliyi müəyyən ediləcək. Yoxlamaların intervalı qanunla müəyyən edilmiş tezlikdən çox ola bilməyəcək. Plan üzrə (növbəti) yoxlamalar müvafiq olaraq hər risk qrupu üçün müəyyən edilmiş tezlikdən artıq tezliklə aparıla bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31