Komitə sədri: "Kəmərdən asılı olmaq olmaz"
24 May 2019 14:43 İqtisadiyyat"Dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib: "1999-cu ilin aprelində Bakı-Supsa kəməri işə düşdü, həmin ilin noyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı sənəd imzalanqdı. Hətta dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə biz bu gün Qazaxıstan neftini də ixrax edə bilərik".O, nəzərə çatdırıb ki, Azərbaycan bu gün dünyada həm də tranzit, nəqliyyat imkanlarını təqdim edən ölkə kimi tanırır: "Enerji təhlükəsizliyi dedikdə həm də Azərbaycana daxil olan vəsaitlərdən söhbət gedib. Ötən illər ərzində "Əsrin müqaviləsi"ndən mənfəət nefti hesabına Azərbaycana 130-140 milyard dollara yaxın vəsait daxil olub. Bu gün Azərbaycanın enerji cəhətdən-benzin, qaz, elektrik baxımından heç bir problemi yoxdur ".